Ana səhifə Haqqımızda Portfoliomuz Xəbərlər Qalareya Əlaqə
AZ EN RU

Haqqımızda

Müxtəlif sektorlarda fərqli təyinatlı layihələri uğurla həyata keçirən "Azmade Group" MMC-nin əsası 2018-ci ildə qoyulmuşdur. Şirkət fəaliyyətə başladığı ildən etibarən öz bizneslərini effektiv menecment, korporativ idarəetmə və uğurlu kadr siyasəti əsasında inkişaf etdirir.


Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olan "Azmade Group" MMC-nin qarşıya qoyduğu əsas hədəf güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və bununla da sənaye və tikinti sektorunda güclü milli brendlərin yaradılmasıdır. Şirkət öz fəaliyyətini "made in Azerbaijan" brendi altında istehsal etdiyi məhsullarının ölkə daxili ilə birgə, həm də ölkə xaricində də daha çox tanıdılması üzərindən qurmağa üstünlük verir.

Haqqımızda
Emruz İsgəndərov

Sədrin müraciəti

"Azmade Group" MMC Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, maşınqayırma sektorlarında milli istehsalı inkişaf etdirmək və bu sahələrə yeniliklər gətirmək məqsədilə yaradılmışdır.

Şirkət olaraq fəaliyyətlərimizi istehlakçıların ehtiyaclarının düzgün öyrənilməsi üzərindən qurmağa çalışırıq.

Ölkədə qeyri-neft sektoru sahələrinin sürətli inkişafını və bu sahəyə ayrılan güclü dövlət dəstəyini müşahidə edirik.

Bunun ölkədə istehsal mədəniyyətinin formalaşmasına xüsusi təsirləri hiss olunmaqdadır.

Şirkət olaraq biz də milli istehsalın inkişafına töhfə vermək və tanınan brendlərlə qloballaşan dünyanın tərkib hissəsi olmaq üçün çalışırıq.

Hədəfimiz "Made in Azerbaijan" brendi altında istehsal olunan məhsullarımızın xarici bazarlara çıxış imkanlarını genişləndirmək, regionda və uzaq coğrafiyalarda etibarlı tərəfdaş kimi tanınmaqdır.

"Azmade Group" MMC olaraq inkişafımız üçün potensial kadrları cəlb edərək birlikdə hədəflərimizə yönəlmiş fəaliyyətimizi uğurla davam etdiririk.

Emruz İsgəndərov

İdarə heyətinin sədri

Qrupun strukturu

Missiya, vizyon və dəyərlər

Missiyamız

Azərbaycanın iqtisadi inkişafına töhfə vermək və yüksək əlavə dəyərli məhsulları ilə sənayeyə nümunə olmaq.

Vizyonumuz

Performansla əlaqəli sənayelərə rəhbərlik etmək, səhmdarlar və maraqlı tərəflər üçün dəyər yaratmaq və investisiya qarşılığında (ROI) aparıcı qrup olmaq.

Dəyərlərimiz

Yüksək ixtisaslı idarəetmə ilə yüksək keyfiyyətli məhsulların səmərəli istehsalının yaradılması.